Bütün dünya Hafiz Məmmədovdan danışır

15:30 - 22 Noyabr 2013

Azərbaycanlı iş adamının  verdiyi açıqlama  mətbuatda əks-səda doğurub
 
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun Fransanın “Canal+” telekanalına verdiyi müsahibədə sahibi olduğu Fransanın “Lans” klubuna supertransferlər edə biləcəyi ilə bağlı verdiyi açıqlama Avropa mətbuatında əks-səda doğurub.
 
Sportal.az xəbər verir ki, H.Məmmədovun gələcəkdə PSJ-də oynayan Zlatan İbrahimoviç və ya yaxın münasibətdə olduğu “Monako”nun hücumçusu Radamel Falkaonun transferinin mümkünlüyü haqda fikirləri diqqət mərkəzinə düşüb.
 
Bu açıqlamaya Fransanın demək olar ki, bütün nüfuzlu media orqanları yer ayırıb. Bundan başqa, İspaniyanın “AS”, Portuqaliyanın “A Bola”, İtaliyanın “Calciomercato” qəzetləri, Türkiyənin sporx.com, habersitesi.com, sondakikahaber.tv, eləcə də eurosport.com, foot01.com, yahoo.sport.com, le10sport.com, insidefutbol.com, chronofoot.com, dailymotion.com, espbr.com, vadefutbol.com, portugalnews.pt, diggita.it və Avropanın başqa ölkələrinin qəzet və saytları da H.Məmmədovun fikirlərini işıqlandırıblar.

Xəbər xətti