"Beşiktaş" dünya ulduzu ilə danışıqlara başladı FOTO

23:35 - 22 Noyabr 2013

Ronaldinyo hər an Türkiyəyə gələ bilər

 
“Beşiktaş” dünya ulduzu Ronaldinyodan əl çəkmir. Belə ki, “qara qartal” iki meneceri Ayhan Yeşilbaş və Furkan Şenolu Braziliyaya göndərib.
 

Sportal.az xəbər verir ki, menecerlər artıq “Atletiko Mineyro” ilə müqaviləsi mövsümün sonuna qədər olan Ronaldinyo ilə görüşüblər. Görüş zamanı “Beşiktaş”ın təklifi ona çatdırılıb. Belə ki, türklər Ronaldinyoya illik 3 milyon avro nəğd maaş, iştirak edəcəyi hər oyuna görə isə 25 min avro təklif edib. Bundan əlavə “Beşiktaş” əgər Çempionlar Liqasına vəsiqə qazansa, Ronaldinyo 1 milyon, Avropa Liqasına isə getsə, 500 min avro əlavə pul alacaq. Hazırda danışıqlar davam edir. Həmin menecerlərin Ronaldinyo ilə danışıq apardığını təsdqləyən foto da yayılıb.




 

Xəbər xətti