"Oyun günü özünü necə hiss etməyindən asılı olaraq meydana çıxması mümkündür"

11:45 - 23 Noyabr 2013

Rəşad Sadıqovun son durumu
 
"Qarabağ" Premyer Liqanın XIV turunda "Rəvan"la qarşılaşacaq. Komanda oyuna itkilərlə çıxacaq. Admir Telinin zədə, Riçard Almeydanın cəza səbəbindən oyunu buraxacağı dəqiqdir.
 
 
Sportal.az xəbər verir ki, belindəki ağrılar səbəbindən AZAL ilə son qarşılaşmanı və millinin 2 yoldaşlıq matçını kənardan izləyən Rəşad Sadıqov son məşqlərdə fərdi hazırlıqla kifayətlənib. "Qarabağ"ın və millinin kapitanının son durumunu Murat Şahinoğlu açıqlayıb: “Bildiyiniz kimi, Rəşad uzun müddətdir belindəki ağrılardan əziyyət çəkir. Uzun müddətdir bu ağrılar var. Amma AZAL-la oyundan qabaq ağrılar daha da şiddətləndi. Belə də oyunu buraxmalı oldu. Rəşad üçün xüsusi müalicə proqramı tətbiq etdik. Əslində, kapitan bu turu da buraxmalıydı. Amma Rəşad məşqlərdə xüsusi əzmlə çalışır. Müalicənin effektini gözlənildiyindən daha erkən aldıq. Buna görə də oyun günü özünü necə hiss etməyindən asılı olaraq meydana çıxması mümkündür”.

Xəbər xətti