"Bu, onların güclü olduğunu göstərir"
Sabah (30 noyabr 2013) Premyer Liqanın 15-ci turunun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, "Bakı" doğma meydanda "İnter"i qəbul edəcək.
Oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç Bakı derbisi barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:
"Mənə elə gəlir ki, bu, ilin ən çətin oyunu olacaq. “İnter” fərqli sistemlə çıxış edən özünəməxsus üslubu olan çətin komandadır. Oyunlarına baxanda bütün mövqelərin “işlədiyi”ni görmək olar. Üstəlik, qol imkanlarından səmərəli istifadə edə bilirlər. Mən bu komandaya hörmətlə yanaşıram. Onlar indi yüksəlişdədilər. Baxmayaraq ki, çempionatın əvvəlində rəqib aşağı pillələrdə qərar tuturdu, indi “İnter”in, tədricən, üst mövqelərə qalxması onların, həqiqətən də, güclü olduğunu göstərir".
saytlarin hazirlanmasi