Komanda son məşqinə çıxıb
Tarixinin ən pis dönəmini keçirən “Xəzər Lənkəran” klubu sabah doğma meydançasında AZAL ilə qarşılaşacaq. Komanda bu gün oyunöncəsi son məşqinə çıxıb.
Sportal.az xəbər verir ki, məşq zamanı isə heç də xoş olmayan hadisə yaşanıb. Belə ki, “Xəzər”in aparıcı oyunçusu Etame Embilla zədə alıb. Əzələsi dartılan futbolçu məşqçi yarımçıq tərk edib.
Bunu açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib. O, bildirib ki, Etame hazırda həkim nəzarətindədir və onun sabah meydançaya çıxıb-çıxmayacağı dəqiq bilinmir.
saytlarin hazirlanmasi