"Komandam ən yaxşı oyununu göstərdi"
"Rəvan"ın baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 15-ci turunda "Qəbələ" ilə oyundan (0:1) sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis minimal hesabla məğlub olduqları qarşılaşma haqda bunları deyib: “Həm sürətli, həm də aqressiv futbol izlədik. Fikrimcə, komandam son turların ən yaxşı oyununu göstərdi. Heyətimizdə oyunun gedişini dəyişəcək oyunçu yoxdur. Kamananın yüksək ustalıq səviyyəsi oyunun taleyini həll etdi. Hakimlik də yüksək səviyyədə idi".
Ş.Diniyev qeyd edib ki, rəqib komandanın baş məşqçisi Yuri Syominlə qarşılaşma ərzində heç bir mübahisəsi olmayıb: "Sadəcə ona bildirdim ki, oyunda hakim var, o, hər şeyi görür, bizim müdaxilə etməyimiz düzgün deyil”
saytlarin hazirlanmasi