Futbolçular klubu televiziya proqramı vasitəsi ilə tapırlar
Bu gün ANS TV-nin efirində yaynlanan və tanınmış telejurnalist Elgiz Əkbərin aparıcısı olduğu "Adam içində" verilişində maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, , Elgiz kömək üçün ona müraciət etmiş iki futbolçuya klub tapıb.
Belə ki, verlişə müraciət edən iki nəfər afrikalı futbolçu bildirib ki, onları futbol oynamaq adı ilə Azərbaycana gətirsələr də sonra həmin şəxslər futbolçuları aldadaraq klub tapmayıblar. Nəticədə afrikalılar küçədə qalıblar. Daha sonra isə onların viza müddəti də başa çatınca daha çıxılmaz vəziyyətə düşüblər və kömək üçün ANS TV-ə müraciət ediblər. "Adam içində" verilişində isə Elgiz Əkbər furtbolçuların problemini açıqlayaraq, onlara kömək etməyi xahiş edib. Bu müraciətdən bir qədər sonra hazırda I Divizionda çıxış edən İmişlinin "Mil-Muğan"ın prezidenti Mirheydər Seyfiyev studiya ilə əlaqə saxlayaraq həmin futbolçuları öz komandalarına dəvət edib. Elgiz Əkbər isə bu şad xəbəri afrikalı futbolçulara çatdırıb. Beləliklə, bir çox insanların probleminin həllinə yardım edən Elgiz Əkbər menecer kimi də çalışmaq bacarığını ortaya qoydu və qısa müddətdə iki futbolçuya klub tapdı.
saytlarin hazirlanmasi