Pantiç: "20 mayda məndən soruşarsınız ki, komandam haradadı"

16:15 - 30 Noyabr 2013

"Bu günki məğlubiyyət mənə çox pis təsir etdi"

 

"Bu gün ki, oyunu analiz etməz mənim üçün çox çətindi. Bütün oyun boyu oyuna sahib ol, sonda da rəqib bir hücum etsin və bu da qol olsun. Bir neçə epizoddan istifadə edə bilmədik. "

 

Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Pantiç məğlub olduqları üçün təəssüfləndiyi bildirdi:

 

Rəqibi təbrik edirəm və sona kimi mübarizə apardılar. Gəldilər səhvimizi tutdular və qələbə qazandılar. Çalışacam ki, komandamı "Sumqayıt"la oyuna yaxşı hazırlaşdırım. Rauf Əliyev mənim ən sevimli futbolçularımdan biridir. Çempionat 20 mayda bitir və onda biləcəyik ki, biz hardayıq. Bu gün ki, məğlubiyyət mənə çox pis təsir etdi. 

 

Mən komandaya İyulda gəldim. Hücumçu lazımdı bizə. Yanvarda komandaya hücumçu alacağıq. Buraxdığımız qolda Rubenin səhvi di və oyundan sonra gəldi dedi ki, buraxılan qol mənim səhvim idi". 

Xəbər xətti