Mustafa Dənizli "Xəzər Lənkəran"ı məşqə çıxarır

00:36 - 1 Dekabr 2013

Komandada imza günü
 
"Xəzər Lənkəran"ın yeni baş məşqçisinin adı artıq dəqiqləşib.
 
Sportal.az xəbər verir ki, "ağ-yaşıllar"  təcrübəli mütəxəssis Mustafa Dənizli ilə bu gün rəsmən müqavilə imzalayacaq. 
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, çalışdırıcı rəsmi müqaviləyə qol çəkdikdən sonra  klubun prezidenti Mais Mənsimov tərəfindən futbolçulara təqdim olunacaq. 
 
Baş məşqçi bu gün komanda ilə ilk məşqinə də çıxacaq.

Xəbər xətti