"Xəzər Lənkəran" və "İnter"ə 250 min avro ödəndi
Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə əlaqədar UEFA tərəfindən AFFA-ya 1 milyon 415 min avro məbləğində vəsait köçürülüb.
Sportal.az xəbər verir ki, "Neftçi"yə ölkə çempionu olduğu üçün 200 min, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış etdiyinə görə 175 min, "İnter" və "Xəzər Lənkəran" Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apardığı üçün hər iki kluba 250 min, "Qarabağ"a isə Avropa Liqasının pley-off mərhələsində iştirak etdiyinə görə 540 min avro məbləğində vəsait ayrılıb.
Qeyd olunmuş pul vəsaitləri AFFA tərəfindən müvafiq olaraq klubların hesabına köçürülüb.
saytlarin hazirlanmasi