Vaqif Cavadov noyabr ayının ən yaxşı futbolçusu seçildi FOTOLAR

14:25 - 13 Dekabr 2013

 

 Elnur Abdullayev isə ən yaxşı qolu vurdu 

 

 
Azərbaycan Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırıldı.
 
Sportal.az xəbər verir ki, KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən “İnter” klubunun hücumçusu Vaqif Cavadov digər rəqiblərini xeyli qabaqlayaraq noyabr ayında Azərbaycan Premyer Liqasının ən yaxşı oyunçusu seçilib. Peşəkar Futbol Liqasının rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğunun nəticələrinə əsasən “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin AZAL-ın qapısına vurduğu qol ötən ayın ən gözəl qolu seçilib.
 
Qaliblərə Peşəkar Futbol Liqasının hədiyyələri və pul mükafatları təqdim olunub.

 
 

Xəbər xətti