Bir oyunun keçirilmə yeri dəyişdirilib
Futbol üzrə azərbaycan I Divizionunda 14-cü turun “Qaradağ Lökbatan” – “Şəmkir” matçının keçirilmə yeri dəyişdirilmişdir.
Sportal.az xəbər verir ki, buna səbəb Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün hava şəraitilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmamasıdır.
14 dekabr (şənbə)
“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Xəlil Hüseynli, Hüseyn Əsgərov, Maqsud Şıxəliyev, Qorxmaz Eldarov
Hakim-inspektor: Adil Ələsgərov
Binə qəsəbə stadionu, 14:00
saytlarin hazirlanmasi