Komanda növbəti məşqinə çıxıb
Bazar günü Premyer liqanın XVII turu çərçivəsində “Rəvan”ı qəbul edəcək komanda Lənkərandakı bazasında hazırlığını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən qar yağması səbəbindən məşqini qapalı süni örtüklü meydanda keçirən “Xəzər Lənkəran” bu gün ehtiyat meydanda məşqinə çıxıb. Saat 11.30-da başlayan hazırlıq əsasən taktiki çalışmalardan ibarət oldu və bütün futbolçular məşqdə istirak etdi. Sabah oyunöncəsi son məşqini keçirəcək “Xəzər Lənkəran” matç saatını gözləyəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” - “Rəvan” matçı saat 16-da start götürəcək.
saytlarin hazirlanmasi