"Qəbələ" və "Rəvan" da cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Bakı” – “Qarabağ” oyununun 90+2-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Eyvaz Mərdanov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Neftçi” – “Qəbələ” matçının 51-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Ruslan Bədəlov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Rəvan” matçının 71-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Cəmil Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
saytlarin hazirlanmasi