"Fənərbaxça"nın futbolçusu ilin ən yaxşısı seçildi

17:44 - 18 Dekabr 2013

Sou yenə fərqləndi
 
"Fənərbaxça"nın seneqallı qolçusu Musa Sou ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu səsvermədə "Çelsi"nin forvardı Demba Ba və "Monako"nun futbolçusu İbrahima Tureni geridə qoyub.
 
Sou ümumilkdə 269 səs toplayaraq ilk dəfə Seneqalın “Qızıl Top" mükafatını qazanıb.
 
Qeyd edək ki, Musa 2012-ci ildə “Fənərbaxça”ya Fransa “Lill”indən keçib.

Xəbər xətti