Gənc qolkiper "Xəzər Lənkəran"dan ayrıla bilər
"Xəzər Lənkəran" və 21 yaşlılardan ibarət milli komandamızın qapıçısı Orxan Sadıqlının dekabrın sonlarında klubu ilə müqaviləsi başa çatır.
Sportal.az xəbər verir ki, rəhbərliklə heç cür razılığa gələ bilməyən gənc qolkiperə Rusiya Premyer Liqasından və Türkiyə PTT 1 Liqasından təkliflər gəlib.
Eyni zamanda çempionatımızda "Xəzər Lənkəran" da daxil olmaqlı 4 iddialı klub Sadıqlını heyətə cəlb etmək üçün səy göstərirlər.
Bu həftə ərzində qapıçının son qərarı verəcəyi gözlənilir.
saytlarin hazirlanmasi