"Xəzər Lənkəran"ın məşqçisi:"Azarkeşlərimiz küçələrdə uğurumuzu qeyd edər"

13:48 - 25 Yanvar 2014

"İkinci dövrədə ilk üçlüyə düşəcəyik"
 
"Xəzər Lənkəran"da baş məşqçi Mustafa Dənizlinin köməkçisi olan Oğuz Çetin Türkiyə mətbuatına müsahibə verib.
 
Sportal.az xəbər verir ki o, komandadakı hədəflərindən danışıb:
 
"Mustafa Dənizli şəxsiyyəti, mədəniyyəti ilə çox fərqli bir insandır. Çalışdığım baş məşqçilər içərisindən onun yeri başqadır. Hələ də ondan bir şeylər öyrənirəm. Dənizli ilə çox yaxşı  mühit yaratmışıq.
 
"Hannover"in başındakı Tayfun Korkutun Almaniyada, bizim də Azərbaycanda bir misiyamız var.  İşlədiyimiz yerlərdə uğur qazanmaq məcburiyyətindəyik. Belə olacağımız təqdirdə, digər türk çalışdırıcıların da yolu açılacaq. Necə ki, bizdən sonra Güvənc Kurtar da Azərbaycana gəldi. "Xəzər Lənkəran"la 3 maçtda 7 xal toplamışıq. Düzdür bu turnir cədvəlindəki yerimizi dəyişdirməsə də, xal fərqini azaltdıq. İkinci dövrədə ilk üçlüyə düşəcəyik. Əsas hədəf kuboku qazanıb Avropada oynamaqdır. Bunu bacarsaq, azarkeşlərimiz küçələrdə uğurumuzu qeyd edər".

Xəbər xətti