"Xəzər Lənkəran"ın yeni transferi:"Mənə Neftçi"də qiymət verən olmadı"

18:01 - 25 Yanvar 2014

"Xəzər Lənkəran" fanatı bir nömrədi"
 
"Xəzər Lənkəran"ın "Neftçi"dən transfer etdiyi Slavik Alxasov "facebook" sosial şəbəkəsində maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
 
Sportal.az xəbər verir ki, futbolçu azarkeşlərin suallarını cavablandırarkən bunları söyləyib:
 
"Mənə "Neftçi"də qiymət verən olmadı və "Xəzər Lənkəran" məni öz  komandasına cəlb etdi. Təşəkkür edirəm "Xəzər Lənkəran"a... Mən öz oyunumla sübut eliyəcəm onlara. Elə bilirsiz yalan danışıram? Mən uşaq vaxtdan "Xəzər Lənkəran"a azarkeşlik edirəm. Çünki mənim burada yerlim Rahid Əmirquliyev oynayır. Bizim evdə hamı "Xəzər Lənkəran"a azarkeşlik edir. Bura gəldiyimə görə çox sevinirəm. Evdə "Boyük oyun"a hamımız "Xəzər Lənkəran"lı olaraq baxırıq. Mən çox fanatı olan komandanı sevirəm. Bir gün bundan qabaq bu haqda yazmışam. "Xəzər Lənkəran" fanatı bir nömrədi"

Xəbər xətti