"Elias "Xəzər Lənkəran" haqqında bu gün qərarını verəcək"

16:30 - 26 Yanvar 2014

Menecer futbolçudan xəbərsiz danışıq aparıb
 
"Xəzər Lənkəran"ın braziliyalı futbolçu Eliasla bütün şərtlərdə razılığa gəldiyini, ancaq oyunçunun Cənub klubunun düşərgəsinə hələ də qoşulmaması haqda ən son bir neçə saat bundan öncə xəbər vermişdik.
Məsələni tam aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.
 
Sportal.az idmanxeber.com-a istinadən  xəbər verir ki, klub rəsmisi  bildirib ki, sən demə Eliasın meneceri futbolçudan xəbərsiz "Xəzər Lənkəran"la danışıq aparıb:
 
"Meneceri futbolçunun xəbəri olmadan bizimlə danışıq aparıb. Dünən konkret olaraq biz futbolçu ilə danışıq aparıb, onunun bütün şərtlərini qəbul etdiyimizi söylədik. Çox güman ki, Elias bu gün qərarını verəcək".

Xəbər xətti