"Rəvan" artıq vətənə qayıtdı

19:35 - 27 Yanvar 2014

"Siğortaçılar" "Bakı" ilə matçı gözləyir
 
Mövsümün ikinci yarısına böyük ümidlərlə hazırlaşan "Rəvan” Antalya toplanışını başa vurub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sığortaçılar" bu gün Bakıya dönüb. 3-cü dövrənin ilk turu çərçivəsində "Bakı” ilə fevralın 2-də qarşılaşacaq "aslanlar” sabahdan hazırlığın son mərhələsinə başlayacaq. Məşqlər "Bayıl Arena”da keçiriləcək.
 
Qeyd edək ki, "Rəvan” qış hazırlığı çərçivəsində 4 yoxlama oyunu keçirdi. İlk oyunda "Sumqayıt” ilə heç-heçə (0:0) etdikdən sonra bütün matçları qalib başa vurdu: "Araz Naxçıvan” (1:0), "Uniao”, Braziliya (2:1), "Universitatya Krayova”, Rumıniya (1:0). Xorvatiya elitasının təmsilçisi "Split”ə qarşı oyun isə əlverişsiz hava şəraitini görə baş tutmadı.

Xəbər xətti