İki günlük istirahətdən sonra komanda bir araya gəldi
Qış fasiləsində Azərbaycan Premyer Liqasına hazırlığı İspaniyanın Marbelya əyalətində keçirən “Bakı” artıq vətənə dönüb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 11-25-i aralığında təlim-məşq toplanışında olan kollektiv yanvarın 26-ı Bakıya qayıdıb.
İki günlük istirahətin ardından komanda üzvləri bu gün saat 11:00-da klubun təlim-məşq bazasında bir araya gəlib. Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçən məşq yüngül qaçış və isinmə hərəkətləri ilə başlayıb. Ardından müxtəlif toplu çalışmaları həyata keçirən futbolçular sonda ikitərəfli oyunla kifayətləniblər.
Qeyd edək ki, zədəli olan Şəhriyar Əliyev və Marius Pena hazırlıqda iştirak etməyib.
saytlarin hazirlanmasi