"Malaqa" Amrabatı rəsmən təqdim etdi FOTO

00:39 - 31 Yanvar 2014

"Malaqa" mənim üçün yaxşı fürsətdir"
 
“Qalatasaray” futbolçusu Nordin Amrabatı mövsüm sonuna qədər “Malaqa”ya icarəyə verib.
 
Sportal.az xəbər verir ki, ispan klubu 26 yaşlı yarımmüdafiəçini ictimaiyyətə təqdim edib.
 
Yeni komandasında 23 nömrəli formanı geyəcək mərakeşli futbolçu bu keçidlə bağlı fikirlərini açıqlayıb: “Burada olduğum üçün çox şadam. “Malaqa” mənim üçün yaxşı fürsətdir. Ulduz futbolçuların çıxış etdiyi La Liqa dünyanın ən önəmli çempionatıdır. Əgər baş məşqçimi şans verərsə, növbəti “Sevilya” matçında meydana çıxmaq istəyərəm”.
Qeyd edək ki, Mərakeş millisinin də üzvü olan Amrabat 2012-ci ildə digər Türkiyə Superliqası təmsilçisi “Kayserispor”dan “Qalatasaray”a transfer olunub.
 

Xəbər xətti