Məhkəmə son qərarını verdi
Fransa yığmasının ulduz futbolçuları Frenk Riberi ilə Kerim Benzema haqqında ittihamlarla bağlı Paris məhkəməsində dünən qərar verilib.
Sportal.az milli.az-a istinadən xəbər verir ki, Riberi ilə Benzemanın 18 yaşına çatmamış Zahia adlı qadınla seks qalmaqalı barədə məlumatlar yayılmışdı. "Bavariya"nın şərəfini qoruyan Riberi qadınla əlaqalərinin olduğunu etiraf edib, lakin seks qarşılığında pul təklifi olduğunu rədd edib. Məhkəmənin qərarı ilə futbolçular bəraət qazanıblar.
Bu fakt təsdiqini tapmadığı üçün onlar bağışlanılıblar.
Xatırladaq ki, bu olay 2009-ci ildən davam edir.
saytlarin hazirlanmasi