"Xəzər Lənkəran" oyun saatını gözləyir

00:07 - 1 Fevral 2014

Cənub təmsilçisində iki itki
 
Türkiyədən dönərək artıq iki gündür ki, Bakıda məskunlaşan “Xəzər Lənkəran” dünən oyun öncəsi son məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, İdman Akademiyasının stadionunda baş tutan hazırlıq kəskin hava şəraitinə baxmayaraq bir saat davam edib. Heyətdə Adrian Pit və Slavik Alxasov zədəli olduqlarına görə fərdi məşqlə kifayətləniblər. Xatırladaq ki, komandam  fevral ayının 1-də premyer liqanın XIX turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq. Matç 17-də start götürəcək.

Xəbər xətti