"Bu qələbə Azərbaycan yığmasını əlverişsiz vəziyyətə qoydu"
AFFA baş katibi Elxan Məmmədov AÇ-nin Sloveniya - Azərbaycan oyunu haqda fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Azərbaycan yığmasının mütəmadi olaraq AÇ-də iştirak etməsi sevindirici haldır. Oyun çətin olacaq. Belə ki, Sloveniya yığması İtaliyanı komandasını məğlub etməklə, nə qədər ciddi komanda olduğunu sübut etdi. Bu qələbə Azərbaycan yığmasını əlverişsiz vəziyyətə qoydu. Çox güman ki, sloveniyalılar ikinci nömrə altında oynamağa çalışacaqlar. Komandamız qələbəyə oynamalıdır. Komanda yaxşı hazırlaşıb və yaxşı oyun və nəticə göstərməyə hazırdır”.
saytlarin hazirlanmasi