"Araz Naxçıvan"ın yeni legioneri danışdı

00:53 - 1 Fevral 2014

"Çempionluqda pay sahibi olmaq istəyirəm"
 
İkinci dövrənin hazırlıqlarını Bakıda davam etdirən "Araz-Naxçıvan" PFK heyətini gücləndirib.
 
Sportal.az xəbər verir ki, futbolçu karyerasına Bolqarıstanda başlayan İrfan Yuseinov "qırmızı-ağlar"la 2,5 illik müqavilə imzalayıb. Türk əsilli futbolçu ilk açıqlamasını klubun saytına verib və bunları dilə gətirib: "Çempion olmaq istəyən bir komandanın heyətinə cəlb olunmağım müsbət haldı. Burda özümü ən yaxşı tərəfdən göstərib çempionluqda pay sahibi olmaq istəyirəm. Təbii ki, bu, mənim üçün asan olmayacaq. Yeni gəlmişəm və komanda yoldaşlarımla meydanda bir-birimizi başa düşmək üçün zamana ehtiyacım var. Artıq bir aya yaxındı klubun düşərgəsindəyəm. İstedadlı futbolçular var. Onlarla birlikdə mövsümün sonunda çempionluğu bayram edəcəyimizə indidən inanıram". Qeyd edək ki, İrfan Yuseinov Bolqarıstanın "Maritsa", "Botev" kimi komandalarında forma geyinib.

Xəbər xətti