"Bakı"da iki yeni müqavilə

00:02 - 2 Fevral 2014

"Zolaqlılar" gənc futbolçuları ilə müqavilə yenilədi
 
“Bakı” klubu daha 2 gənc oyunçusu ilə müqavilənin müddətini artırıb.
 
Sportal.az xəbər verir ki, Nurlan Novruzovla 4 illik sözləşmə imzalayan paytaxt klubu digər gənc oyunçuları Rəhman Hacıyev və Elşad Manafovla da bağlı eyni qərarı verib. Belə ki, hər iki oyunçu ilə 4 illik sözləşmə imzalanıb.
 
 
Məlumat üçün deyək ki, müqaviləsinin müddəti uzadılan hər 3 futbolçu icarəyə verilib. Elşad və Rəhman “Sumqayıt”da, Nurlan isə “Fəthiyəspor”da çıxış edəcək.

Xəbər xətti