Dənizli bu gün xəstəxananı tərk edir

12:15 - 2 Fevral 2014

Baş məşqçinin vəziyyəti yaxşıdır
 
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli bu gün xəstəxanadan buraxılacaq.
 
Sportal.az xəbər verir ki, bu haqda Dənizli özü Lig-TV telekanalına bildirib.
 
Xatırladaq ki, türk mütəxəssis özünü pis hiss etdiyindən, xəstəxanaya yerləşdirilmiş və yetirmələrinin “Qarabağ”a qarşı oyununda (1:0) iştirak edə bilməmişdi.

Xəbər xətti