"Qalatasaray" daha bir futbolçusunu icarəyə verdi

23:38 - 3 Fevral 2014

Gökoğlan "Erciyyesspor"da
 
“Qalatasaray” futbolçusu Yiyit Gökoğlanı Superliqanın digər təmsilçisi “Erciyesspor”a icarəyə verib.
 
Sportal.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, bunu Kayseri klubunun mətbuat xidmətinin rəhbəri Kaan Savruk  açıqlamasında deyib. Razılığa görə, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Erciyesspor”un formasını geyinəcək. Qeyd edək ki, Gökoğlan 2012-ci ildə aşağı liqa təmsilçisi “Manisaspor”dan “Qalatasaray”a transfer olunub. O, ötən mövsümü də icarə əsasında “Orduspor”da keçirib. 

Xəbər xətti