İki oyunun keçirilmə yeri dəyişdirildi
Futbol üzrə Azərbaycan I Divizionunda XVI turunun “Şahdağ” – “Göyəzən” və “Kəpəz” – Mil-Muğan” oyunlarının keçirilmə yeri dəyişdirilmişdir.
Sportal.az xəbər verir ki, “Şahdağ” və “Kəpəz” klublarının PFL-ə müraciətinə əsasən “Şahdağ” – “Göyəzən” matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, “Kəpəz” – Mil-Muğan” matçı isə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçiriləcək. Buna səbəb hər iki klubun ev oyunlarını keçirdiyi stadionun ot örtüyünün əlverişsiz şəraitdə olmasıdır.
08 fevral (şənbə)
“Şahdağ” – “Göyəzən”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 14:00
“Kəpəz” – “Mil-Muğan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00
saytlarin hazirlanmasi