"Xəzər Lənkəran"da növbəti itki

23:32 - 6 Fevral 2014

Zohair Benoahi "Neftçi" ilə oyunu buraxmalı olacaq
 
Premyer Liqanın 20-ci turunda "Neftçi" ilə qarşılaşacaq "Xəzər Lənkəran" hazırlığı davam etdirir.
 
 
Sportal.az xəbər verir ki, bir neçə gün əvvəl Türkiyəyə yollanan baş məşqçi Mustafa Dənizli də artıq komandanın düşərgəsinə qayıdıb. Komandaya gəlincə isə, tam heyətlə hazırlaşa bilməyən cənub klubunda daha bir itki baş verib. Belə ki, komandanın yarımmüdafiəçisi Zohair Benuahi "Neftçi" ilə oyunu buraxmalı olacaq.
 
Qeyd edək ki, bundan əvvəl Adrian Pit, Slavik Alxasovunda növbəti oyunda iştirak etməməsi dəqiqləşmişdi.

Xəbər xətti