Ronaldonu meydandan qovan hakim vəzifəsindən uzaqlaşdırıldı

02:01 - 7 Fevral 2014

Qames bir ay fitsiz qalacaq
 
İspaniya hakimlər komitəsi La Liqanın 22-ci turunda "Atletik" - "Real" oyununu idarə edən Aysa Qamesi bir aylığa hakimlikdən uzaqlaşdırıb.
 
Sportal.az xəbər verir ki, Qames matçın gedişində qonaqların futbolçusu Kriştiano Ronaldonu Karlos Qurpeqi ilə mübahisəyə görə meydandan qovmuşdu. Qarşılaşmadan sonra isə referi protokolda yazdıqlarını dəyişmiş və Ronaldonun Ander İturraspe ilə münaqişəsinə görə qırmızı vərəqə aldığını qeyd etmişdi. Qeyd edək ki, həmin vərəqəyə görə portuqaliyalı forvard 3 oyunluğa cəzalanıb.

Xəbər xətti