Pantiç:"Artıq bir hücumçu ilə ilkin razılıq əldə olunub"

13:48 - 7 Fevral 2014

"Simurq"un evdə yaxşı oynaması məni çox narahat edir"
 
İki gün sonra “Bakı”  Premyer Liqanın 20-ci turu çərçivəsində səfərdə “Simurq”la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, bu gün səfəröncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:
 
“Allaha şükür ki, 3-cü dövrəyə yaxşı başladıq. Qarşıdakı yol necədirsə, elə də mübarizəni davam etdirməliyik. “Simurq”u bərk, möhkəm oyun göstərən komanda kimi xarakterizə edirəm və ev komandası sayılan bir kollektivə qarşı döyüşəcəyimizi bilirəm. Belə ki, kim deyə bilər ki, biz asan qələbə qazanacağıq?! “Simurq”un evdə yaxşı oynaması məni çox narahat edir. Qış fasiləsində “Bakı”ya yeni oyunçuların alınmamasına gəlincə, artıq bir hücumçu ilə ilkin razılıq əldə olunub. O, gələn həftə düşərgəyə təşrif buyuracaq. Ancaq rəsmi müqavilə bağlanmadan onun adını açıqlaya bilmərəm. Nəticədə qış fasiləsində komandanı tərk edən Mindauqas Kalonasın yeri dolmuş olacaq”.

Xəbər xətti