Komandada iki itki
İki gün sonra “Bakı” Premyer liqanın 20-ci turu çərçivəsində səfərdə “Simurq”la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "zolaqlılar" bu gün səfəröncəsi son məşqini keçirib.
Saat 11:00-da yüngül qaçışla başlanan hazırlıq isinmə hərəkətləri ilə davam edib. Ardınca 4 qrupa bölünən oyunçular qısa məsafələrə sürətli yer ötürmələri üzərində çalışıb. Daha sonra baş məşqçi Milinko Pantiç yetirmələrini ikitərəfli oyunda sınaqdan keçirib. Meydanın yarı hissəsində şərti olaraq “yaşıllar” və “sarılar” arasında baş tutan mübarizədə ikincilər 10:5 hesabı ilə üstün olub. Sonda müxtəlif dartınma hərəkətlərini də icra edən futbolçular bununla paytaxtdakı son məşqini başa vurub.
Xatırladaq ki, zədəli olan Vadim Abdullayev hazırlıqda iştirak etməyib. Marius Pena isə meydanboyu qaçmaqla kifayətlənib.
saytlarin hazirlanmasi