Komanda hazırlığını davam etdirir
Azərbaycan I Divizionunun 16-cı turu çərçivəsində "Araz-Naxçıvan" PFK "Bakılı"nın qonağı olacaq.
Sportal.az xəbər verir ki, artıq "qırmızı-ağlar" bu görüşün son hazırlıqlarını məskunlaşdığı "Neftçibaza"da davam etdirir. Bu gün komanda oyunun keçiriləcəyi Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda son məşqinə çıxacaq. Ancaq oyundan öncə komandanın heyətində bəzi itkilər var. Belə ki, 15-ci turda mövsüm ərzində 4-cü sarı vərəqələrini alan David Janalidze və Aleksandr Krustkeviç bu matçı buraxmalı olacaqlar. Həmçinin, "Neftçala" ilə 14-cü turun qarşılaşmasında qırmızı vərəqə alan Eşqin Quliyev görüşü azarkeş kimi izləmək məcburiyyətində qalacaq. Qeyd edək ki, ilk dövrədə Naxçıvanda keçirilən matçda "Araz-Naxçıvan" PFK rəqibini 4:0 hesabı ilə məğlub etmişdi. Bu arada, "Bakılı" - "Araz-Naxçıvan" oyununu idarə edən hakimlər briqadası açıqlanıb. Matçın əsas hakimi Anar Niyazov, köməkçi hakimləri isə Şakir Quliyev və Roman Vasilyevdi. Bu görüşdə 4-cü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
saytlarin hazirlanmasi