Güvənc Kurtar: "Qələbə qazanmağı çox istəyirdik"
“Oyunun böyük hissəsini azlıqda oynamağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. Bu cür güclü rəqibə qarşı azlıqda yaxşı oynadıq. Qapı dirəyinə tuş gələn zərbəmiz oldu. Hakimin qəribə qərarları var idi. Topa oynayan futbolçularımızda sarı vərəqələrlə qorxu yaratdı. Mübahisəli vəziyyətlərdə “İnter”in lehinə qərarlar verirdi.
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"ə məğlubiyyətdən sonra "Rəvan"ın baş məşqçisi Güvən Kurtar deyib. Kurtar qələbə qazanmağı çox istədiklərini bildirib:
"Qələbə qazanmağı çox istəyirdik. Bu cür məğlubiyyət üzücüdür, lakin futbolçularımı oyuna görə təbrik edirəm. Uğurlu əvəzetmələrlə oyuna müdaxilə etsək də, 94-cü dəqiqədəki 11 metrlik cərimə zərbəsi planlarımızı pozdu”.
saytlarin hazirlanmasi