Cənub təmsilçisindən möhtəşəm "comeback"
Bugün əvəzedici heyətlər arasında ölkə çempionatının 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” “Neftçi”ni qəbul etdi.
Sportal.az cənub təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ilk hissə qarşılıqlı hücumlarla keçdi və komandalar bərabər səviyyədə mübarizə apardı. Oyunun əvvəlində paytaxt futbolçuları hesabda irəli çıxdı. Birinci yarıya əlavə olunmuş vaxtda təyin olunan kornerdən sonra Mirqasım Cabbarlı qarışıqlıqdan lazımi şəkildə istifadə edib hesabı bərbərləşdirdi.
Fasilədən sonra isə üstünlük tam olaraq ağ-yaşıl tərəfə keçdi. Əvvəl Elnur Cəfərov sol cinahda topla irəliləyib, cərimə meydançasına daxil olan Kazım Kazımlını gördü. Sonuncu topu bir toxunuşda qəbul edib, ikincidə tora göndərdi – 2:1.
Ardınca Cəfərov özü də qapıya yol tapdı. Önündə olan üç müdafiəçini effektli fəndlə yığışdıran gənc forvard qarşısını boşaltdı və qapıçı ilə təkbətək çıxıb topu qapıdan keçirdi – 3:1. Matçın ən yaxşısı olan Elnur son dəqiqələrdə daha bir qol vura bilərdi, lakin bu dəfə rəqib qolkiper yaxın məsafədən vurulan topu dəf edə bildi.
Bu qələbədən sonra “Xəzər Lənkəran” əvəzediciləri xalını 33-ə çatdıraraq cədvəlin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi