Dənizli futbolçularına istirahət vermədi

14:18 - 10 Fevral 2014

"Xəzər Lənkəran" paytaxta yollanır
 
Premyer Liqanın XX turunda “Fırtınalar meydanı”nda keçirilən qarşılaşmada əzəli rəqibi “Neftçi” ilə 2:2 hesablı qollu heç-heçəyə qalan “Xəzər Lənkəran” istirahətsiz hazırlıqlarını davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi bu gün, fevralın 10-da günün birinci yarısında oyunsonrası bərpa məşqini keçirəcək. Doğma şəhəri  sabah tərk edərək Bakıya yollanacaq komanda bir gün paytaxtda qalıb məşq etdikdən sonra fevralın 12-də Qəbələyə yola düşəcək. Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXI turu çərçivəsində fevralın 15-də səfərdə “Qəbələ” klubu ilə üz-üzə gələcək. 
 
12cioyuncu.info

Xəbər xətti