AZAL PFL-ə şikayət etdi

01:20 - 11 Fevral 2014

Elvin Əsgərovun idarəçiliyini düzgün qiymətləndirmək xahiş olunub
 
Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilən AZAL - “Sumqayıt” oyununda baş hakim Elvin Əsgərovun idarəçiliyindən narazı qalan paytaxt klubunun rəhbərliyi bununla bağlı Peşəkar Futbol Liqasına məktub göndərib.
 
Sportal.az xəbər verir ki, məktubda klub rəsmiləri hakim Elvin Əsgərovun müəyyən oyun epizodlarında çıxardığı qərarlarla razılaşmadığını bildirərək onun idarəçiliyinə düzgün qiymət verilməsini xahiş ediblər.
 
Çox güman AFFA-nın Nizam-İntizam Komitəsinin iclasında bu məsələyə baxılacaq və hakimin qərarlarına qiymət veriləcək.

Xəbər xətti