"O da özünü elə müdafiə edir"
FIFA türk mütəxəssis Mehmet Akın şikayət ərizəsini nəzərdən keçirərək, kompensasiya almadan fiziki hazırlıq üzrə məşqçi vəzifəsindən kənarlaşdırılmış zərərçəkmişin xeyrinə qərar çıxarıb və “Neftçi” 42 min avro cərimələnib.
Məsələ bağlı "Neftçi"nin sabiq məşqçisi Mehmet Ak Sportal.az-a danışdı:
"Bu haqda elə də çox məlumata sahib deyiləm. Çünki bu işlə vəkilim məşğul olur. FIFA-nın bu gün qərar verdiyini bilirəm, amma qərarla yaxından tanış deyiləm"
Sabiq məşqçi Tahir Süleymanovun " Biz bu təzminat ödənilməsində qalib çıxdıq. FİFA 325 min dolları 42 min dollarla əvəzlədi " açıqlamasına da belə şərh verdi:
"O da özünü elə müdafiə edir. Qoy, "Neftçi" qazansın. Mənim üçün bu adi bir hadisədir. Əslində "Neftçi" ilə bağlı verilən qərar mənim üçün önəmli deyil. Bu haqda çox danışmaq istəmirəm".
saytlarin hazirlanmasi