"Xəzər Lənkəran" üçün bu gün Bakı, sabah Qəbələ

16:00 - 11 Fevral 2014

Cənub təmsilçisi Lənkəranı tərk etdi
 
"Xəzər Lənkəran" Premyer Liqanın 21-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, cənub təmsilçisi bu matçın hazırlıqlarını Bakı və Qəbələdə davam etdirəcək. Belə ki, komanda  bu gün bakıya gələcək və bir gün burada qaldıqdan sonra sabah Qəbələyə yola düşəcək. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında bildirib.

Xəbər xətti