Karyerasının üstündən xətt çəkən Kabanyas hazırda ailəsi ilə birgə çörək bişirib satır
Paraqvay milli komandasının sabiq futbolçusu Salvador Kabanyas 2010-cu ildə başından güllə yarası almışdı.
Sportal.az xəbər verir ki, son olaraq Meksikanın “Amerika” klubunda çıxış etmiş 34 yaşlı hücumçu Mexikoda məşhur barların birində silahlı hücuma məruz qalmışdı.
Həmin hadisədən sonra karyerasının üstündən xətt çəkən Kabanyas hazırda ailəsi ilə birgə çörək bişirib satır. Hər şeyini itirən məşhur forvard hazırki həyatından məmnundu.
Paraqvayın dahi futbolçularından sayılan Kabanyas lideri olduğu milli komandasında 44 oyuna 10 qol vurub. O, güllə yarası alana qədər son üç ildə daim Latın Amerikasının simvolik yığmasına düşüb.
Salvador 2007-ci ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu seçilib ki, vaxtilə Pele, Dieqo Maradona, Ziko, Romario, Mario Kempes kimi futbolçular da bu uğura nail olub.
Dailysport.az
saytlarin hazirlanmasi