Orxan Məmmədovun səhvi aşkarlandı
AZAL Futbol Klubu PFL-ə mürəciət edərək Premyer Liqanın XVI turunun AZAL – “Rəvan” oyununda hakim Orxan Məmmədovun yol verdiyi texniki səhvin aradan qaldırılmasını xahiş etmişdi.
Sportal.az xəbər verir ki, həmin matçın 90+2-ci dəqiqəsində futbolçu Xuan Fransiskoya göstərilmiş sarı vərəqə protokolda səhvən Oskars Klavanın adına yazılmışdı.
Bu məsələ nəhayət öz həllini tapıb. AFFA-nın İntizam Komitəsinin bu günkü iclasında oyunun videoyazısı izlənildikdən sonra həqiqətən də hakimin Xuan Fransiskonu sarı vərəqə ilə cəzalandırıldığı aşkar edilib.
Beləliklə, yuxarıda göstərilənləri nəzərə alan İntizam Komitəsi AZAL-ın futbolçusu Oskars Klavaya göstərilmiş sarı vərəqənin onun aktivindən silinməsi və Xuan Fransiskonun aktivinə əlavə edilməsi haqda qərar qəbul edib.
saytlarin hazirlanmasi