Hüseyn Cəbrayıloğlu: "3 oyunluq cəza çox ağırdır"
AFFA İntizam Komitəsinin bu gün “Xəzər Lənkəran” - "Neftçi" qarşılaşması barədə çıxardığı qərarlar cənub klubunu razı salmayıb.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında İntizam Komitəsinin hücumçu Ağabala Ramazanov haqqında çıxardığı qərarın ağır olduğunu bildirib:
"Ağabala Ramazanov kobud bir hərəkət etməyib. 3 oyunluq cəza çox ağırdır. Biz bu məsələni rəhbərliklə müzakirə edəcəyik. Bundan sonra qərardan Apelyasiya və Ekspert Komitəsinə şikayət ünvanlayıb-ünvanlamayacağımız dəqiqləşəcək".
Qeyd edək ki, Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb.
saytlarin hazirlanmasi