Braziliyalı hücumçu yenidən futbola qayıtdı FOTO

01:03 - 12 Fevral 2014

Adriano  "Atletiko Paranaense"də
 
Braziliyalı hücumçu Adriano karyerasını bərpa edib.
 
Sportal.az xəbər verir ki, vaxtilə "İnter", "Roma", "Korintians" və "Flamenqo"da oynamış 31 yaşlı futbolçu "Atletiko Paranaense" ilə müqavilə imzalayıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Adriano ötən ilin dekabrından bu komandayla məşq edirdi və hətta artıq çəkisini də atıb. 
 
Məşqçilər heyəti onun formasından razıdı və buna görə də forvardla müqavilə imzalanıb. Adrianonun aylıq maaşı 30 min avro təşkil edəcək.
 
Ardianon sonuncu dəfə 2011-2012-ci ilərdə "Flamenqo"da oynayıb. O vaxtdan indiyə kimi futbolçu heç bir klubla müqavilə imzalamayıb.

Xəbər xətti