"Rəvan" tam heyətlə hazırlaşır

13:23 - 12 Fevral 2014

Komandada heç bir zədəli futbolçu yoxdur
 
Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayıt”ın qonağı olacaq "Rəvan" bu oyunun hazırlığını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Bayıl Arena”da çalışan futbolçular gündə bir dəfə olmaqla məşq edir. Baş məşqçi Güvənc Kurtarın rəhbərliyi altında keçən hazırlıqlarda komandanın bütün üzvləri iştirak edir. Hazırda komandada heç bir zədəli futbolçu yoxdur. Mişel Balokoq isə cəzasını başa vurduğundan artıq "Sumqayıt”la qarşılaşmada meydana çıxa biləcək.
 
Qeyd edək ki, "Sumqayıt” – "Rəvan” oyunu fevralın 15-i saat 16:00-da başlayacaq.

Xəbər xətti