Vaqif Sadıqov: "Qarabağ"la əvvəlki oyunlarımızda baxımlı futbol sərgiləməsəkdə ..."
AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun Sportal.az-a müsahibəsi
- III dövrənin ilk iki oyunundan sonra AZAL-ın çıxışı sizi qane etdi?
- Oyun qane etdi, amma nəticələr etmədi.
- Sizcə, AZAL-da nə çatmır?
- Səviyəli futbolçular, qol epizodlarından yararlana bilən oyunçular, üstünlüyü əldə edib sona kimi oynayan futbolçular. Hər şeyə rəğmən AZAL rəqibdən asılı olmayaraq mübarizə aparır.
- Sizin sabiq yetirmələriniz, çalışdırdığınız futbolçular daha sonra qey edirlər ki, Vaqif Sadıqov elə bir məşqçisir ki, hər komandaya qarşı fərqli oyun sistemi ilə çıxır. Növbəti tur "Qarabağ"la qarşılaşacaqsınız...
- Ağır bir oyun olacaq. Ağdam təmsilçisi öz oyunu ilə seçilən komandadır. Heyəti çox genişdir. "Qarabağ"la əvvəlki oyunlarımızda baxımlı futbol sərgiləməsəkdə nəticəyə uyğun futbol oynadıq. Bu oyunda əvvəlki oyunlardan seçilməyəcək. Nəticə bizim üçün çox vacibdir. Çalışacağıq ki, matçda sevinən tərəf biz olaq.
- "Qarabağ"ın kapitanı Rəşad Sadıqov mətbuatda bildirib ki, bizim üçün ən çətin rəqib AZAL-dır. Siz bu fikirlə razısınız?
- Mən belə hesab etmirəm. Bu gün çempionatımızda rəqabət çox güclüdür. Belə olan halda isə hər bir oyunda, hər bir rəqibdən nəsə gözləmək mümkündür.
- Bayaq özünüz də qeyd etdini ki, AZAL-da səviyyəli futbolçu çatmır. Rəhbərliklə bu barədə söhbətləriniz olmayıb?
- Ən vacib odur ki, rəhbərlik bizə inanır. Gələcəkdə inanıram ki, bu məsələ qaydasına düşəcək.
- Son turda "Sumqayıt"la oyundan sonra oyunu idarə edən baş hakim Elvin Əsgərovun idarəçiliyi AZAL-ı özündən çıxartdı və PFL-ə məktub göndərdi. Bu baş verənlərə siz necə münasibət bildirərdiniz?
- Hakim də hər hansı bir oyunda səhv edə bilər. Ən vacibi odur ki, onu bilərəkdən etməyəsən. Onu vicdanı ilə baş-başa buraxıram. Heç kim səhvdən siğortalanmayıb.
- Sizcə, Elvin Əsgərov bu matçda AZAL-ın haqqını yedi?
- Bəli. Bu mənim subyektiv fikrimdi.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi