"Xəzər Lənkəran"lı azarkeşlər şokda: Elikoya 3 il həbs

12:05 - 13 Fevral 2014

3 azarkeş sərbəst buraxıldı
 
"Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra həbs olunmuş 7 azarkeşin məhkəmə prosesi başa çatıb.
 
Sportal.az xəbər verir ki, məhkəmənin hökmü ilə həbs olunan azarkeşlərdən 3-ü-Zaur Ərəbov, Elman İbrahimli və Əli Aslanov məhkəmə zalından azadlığa buraxılıb.
 
Qalan dörd fanat-Rəfail Əkbərov, Aqşin Əkbərov, Elçin Abdullayev və Elman Tağıyev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum olunublar.

Xəbər xətti