Elikonun vəkili danışdı

12:31 - 13 Fevral 2014

"Məhkəmə  "Neftçi" azarkeşi Zaur Ərəbov da daxil olmaqla, 4 azarkeşə hələ ki, hökm oxumayıb"
 
Məhkəmə qalmaqallı “Xəzər Lənkəran”- “Neftçi” matçından ( 25 avqust 2013-cü il) sonra tutulan 7 azarkeşin taleyinə aydınlıq gətirib.
 
Elman Tağıyev (Eliko) və digər 2 nəfər məhkəminin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
 
Sportal.az xəbər verir ki, Elikonun vəkili Əliheydər  Hüseynovun verdiyi məlumata görə, dünən keçirilən məhkəmə iclasında 3 nəfər azarkeş haqqında 3 il müddətinə həbs qərarı verilib. Vəkil bu qərarla razılaşmayacaqlarını və Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyib:
 
“Müvvəkilimlə yanaşı, digər iki nəfərə 3 il həbs verdilər. Ancaq biz öz şikayətimizi bildirəcəyik və Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”
 
Məhkəmə  “Neftçi” azarkeşi Zaur Ərəbov da daxil olmaqla, 4 azarkeşə hələ ki, hökm oxumayıb . Vəkilin sözlərinə əsasən, həmin 4 nəfər islah işlərinə cəlb oluna bilər.
 
Qeyd edək ki,  Premyer Liqanın IV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran"- "Neftçi" matçında azarkeşlər arasında qalmaqal yaşanmış və 7 nəfər azarkeş təqsirkar bilinərək tutulmuşdu.
 
qafqazinfo.az

Xəbər xətti