"Bir xal pis nəticə deyil, amma qələbə də qazana bilərdik" MÜSAHİBƏ

14:43 - 13 Fevral 2014

Skarduelli: "Başa düşdük ki, belə rəqibin müdafiəsini yara bilmirik"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Vanderson Skarduellinin Sportal.az-a müsahibəsi:
 
- "Neftçi" ilə oyunda son anda məğlubiyyətdən qurtuldunuz...
- Bu oyunun bizim və azarkeşlərimiz üçün nə qədər önəmli olduğunu bilirdik. Çətin oyun oldu. Bir xal pis nəticə deyil, amma qələbə də qazana bilərdik. 2:0 geridə olmağımıza baxmayaraq sona qədər meydanda vuruşduq və bir xalı qazandıq.
 
- Qarşılaşmanın sonlarına yaxın hava toplarına daha çox üstünlük verdiniz..
- Oyunun əvvəllərində yerlə oynayırdıq və başa düşdük ki, belə rəqibin müdafiəsini yara bilmirik və hava toplarından istifadə etdik. Bundan sonra lazım olan qolları vurduq. Biz oyunu dəyişdirdik və lazımi nəticəni qazandıq.
 
- Mustafa Dənizli artıq 6 oyundur ki, komandaya rəhbərlik edir və komandanız bu oyunlarda məğlubiyyətin nə olduğunu bilmir..
- Biz burada hər bir məşqçi ilə çalışırıq və məşqçilərin dediklərini etməyə çalışırıq. Dənizli komandaya gəldikdən sonra yenə bir yerdə çalışdıq. Dənizli bizə bizim bir ailə olduğumuzu və  gözəl nəticə qazanmaq istəyiriksə bir yerdə olmağımız vurğuladı. Biz həmişə çalışırıq ki, yaxşı oyun nümayiş etdirək. "Xəzər Lənkəran" böyük komandadır, biz də bu adı uca tutmaq üçün çalışırıq.
 
- Növbəti oyunuz "Qəbələ"yə qarşıdır. Bu səfər matçı haqqında nə deyə bilərsən ?
- Bizim üçün çətin səfər oyunudur. "Qəbələ" də çempionatın liderlərindən sayılır, bu matç üçün ciddi hazırlaşırıq. Biz ora ilk növbədə yaxşı oyun göstərməyə gedirik. İnanıram ki, lazım olan nəticəni qazanacağıq.
 
Yusİf HÜSEYN

Xəbər xətti